İsrail Suriyaya zərbə endirdi

 İsrail Suriyaya zərbə endirdi
  19 Mart 2014    Oxunub:999
Aksiya ötən gün 4 İsrail əsgərinin yaralanmasına cavab olaraq olaraq həyata keçirilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya İsrail sərhəddində gərginlik yaranıb.

Ötən gecə İsrail hərbiçiləri Suriya aviasiyasına və artilleriyasına zərbələr endirib. ÇAXAL-ın rəsmi nümayənsdəsi Piter Lernerin sözlərinə görə, buna səbəb İsrail hərbi maşının Suriya ilə sərhəddə reyd zamanı minaya düşməsi və 4 əsgərin yaralanması olub.

Mətbuata sızan məlumatlara görə, Suriya ordusunun komanda məntəqələri, atəş batareyaları və təlim mərkəzləri zərbələrin hədəfi olub. İsrail aviasiyası Dəməşq-Kunteyra yolunda Əsəd qüvvələrinin 90-cı və 68-ci diviziya qərargahlarını da bombalayıb.

Xatırladaq ki, Suriya tərəfi məlumatı nə təsdiq, nə də ki, təkzib edib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti