Qızılağac qoruğundakı yanğın söndürülüb

Qızılağac qoruğundakı yanğın söndürülüb
  28 Avqust 2021    Oxunub:1464
Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinədən məlumat verilib.

Yanğın zamanı 30 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az





Teqlər: Yanğın  



Xəbər lenti