Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub
  28 Avqust 2021    Oxunub:1449
Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib.
Azvision.az Təşkilat Komitəsinə istinadən bildirir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar.

Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-2020 Paralimpiya Oyunları sentyabrın 5-ə qədər davam edəcək.

Azvision.az




Teqlər: Tokio-2020  



Xəbər lenti