Cəlilabadda ictimai yerdə COVID xəstəsi aşkarlandı

Cəlilabadda ictimai yerdə COVID xəstəsi aşkarlandı
  28 Avqust 2021    Oxunub:1912
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad rayon sakini S.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: COVID  



Xəbər lenti