Gənc jurnalist koronavirusdan vəfat etdi

   Gənc jurnalist koronavirusdan vəfat etdi
  28 Avqust 2021    Oxunub:4566
Azərbaycanda gənc jurnalist "COVID-19"un qurbanı olub.
Azvision.az xəbər verir ki, bir müddət öncə koronavirusa yoluxan 32 yaşlı Şahverdi Şirinli (Oğuz Altay) bu gün dünyasını dəyişib.
Bir müddət öncə valideynlərinin yanına Mingəçevrə gedən Oğuz Altay bölgələrdə virusun sürətlə yayılması barədə məlumat vermişdi: “Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.

Ailəsi və yaxınları jurnalistin vəfatı xəbərini təsdiqləyib.

Qeyd edək ki, Oğuz Altay Femida.az saytının əməkdaşı olub.

Azvision.az



Teqlər: Jurnalist   Koronavirus  





Xəbər lenti