Ermənilər Naxçıvan iddiası ilə aksiya keçiriblər - VİDEO

Ermənilər Naxçıvan iddiası ilə aksiya keçiriblər - VİDEO
  19 Mart 2014    Oxunub:947
Ermənilərin milli-siyasi təşəbbüslə yeni yaratdıqları “Naxçıvan” qrupu və “ONC” partiyası Yerevanın mərkəzində birgə aksiya keçiriblər.

AzVision.az xəbər verir ki, iki qurumun birgə keçirdiyi aksiyada vur-tut 7-8 nəfər iştirak edib ki, onların da 3-4 ü mətbuat təmsilçiləri olub. Erməni mətbuatı isə bu hadisəni belə təqdim edib: “Bu gün Respublika meydanından Xarici İşlər Nazirliyinə doğru “Naxçıvan” yürüşü keçirilib. Onlarla insanın iştirakı keçirilən “Naxçıvan” aksiyanın məqsədi Azərbaycanın Naxçıvana qarşı törətdiyi cinayətləri Xarici İşlər Nazirliyi və BMT-nin erməni ofisinin yadına salmaq məqsədi daşıyır. Aksiya iştirakçıları Naxçıvanın Azərbaycana qeyri-qanuni olaraq verildiyini bildirirlər. “Naxçıvan” təşəbbüs qrupunun üzvü Ani Navardasyan bildirib ki, əgər dövlət bu məsələ ilə məşğul olmasa vətəndaşlar məşğul olacaq”.

Sözügedən aksiyanın video görüntülərini təqdim edirik.



Qeyd edək ki, ermənilər martın 13-də Azərbaycana növbəti ərazi iddiası ilə “Naxçıvan” təşəbbüs qrupu yaradıblar. Onlar Naxçıvanın əzəli erməni torpağı olduğunu və 1921-ci ildə zorla Azərbaycana birləşdirildiyini iddia edirlər.

S. Həsənova


Teqlər:





Xəbər lenti