Mehriban Əliyeva paralimpiyaçıları təbrik etdi

   Mehriban Əliyeva paralimpiyaçıları təbrik etdi
  28 Avqust 2021    Oxunub:1448
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı rəsmi hesabında paylaşım edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir:

"Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram".

Azvision.az



Teqlər: Ivitse-prezident   Mehriban-Əliyeva   Tokio-2020  



Xəbər lenti