Tokio-2020: İlham Zəkiyev bürünc medal qazandı

      Tokio-2020:    İlham Zəkiyev bürünc medal qazandı
  29 Avqust 2021    Oxunub:1632
İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev Tokio Paralimpiadasında bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz Böyük Britaniya təmsilçisi Cek Hoksona qalib gəlsə də, dörddəbir finalda Van-Gen Çoiyə (Koreya Respublikası) məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Zəkiyev təsəlliverici görüşə qatılıb. Yamaykalı Teador Subbaya qalib gələn idmançımız bürünc medal uğrunda görüşdə özbəkistanlı Şirin Şaripovdan üstün olub və yarışı üçüncü pillədə başa vurub.

İ.Zəkiyev “Afina-2004”, “Pekin-2008” Yay Paralimpiya oyunlarının qalibi, “London-2012”nin bürünc mükafatçısıdır. Paracüdoçu ikiqat dünya və yeddiqat Avropa çempionudur. O, həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarının qızıl medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan komandasının hesabında 9 qızıl və 2 bürünc medal var.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Azvision.az



Teqlər: İlhamZəkiyev  





Xəbər lenti