Daha bir “Nida”çı həbs edildi

Daha bir “Nida”çı həbs edildi
  30 Mart 2013    Oxunub:1353
Onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
“Nida” Vətəndaş Hərəkatının daha bir üzvü həbs edilib. Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Onun sözlərinə görə, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Üzeyir Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ü. Məmmədli barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Teqlər:





Xəbər lenti