Azərbaycanda 4010 nəfər COVID-19-a yoluxub, 41 nəfər vəfat edib

   Azərbaycanda 4010 nəfər COVID-19-a yoluxub,    41 nəfər vəfat edib
  29 Avqust 2021    Oxunub:1139
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 417 996 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib. 51 315 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 536, bu günə qədər isə ümumilikdə 4 431 053 test icra olunub.

Azvision.az



Teqlər:



Xəbər lenti