Saatlıda narkotik bitki əkib-becərən şəxs saxlanıldı

Saatlıda narkotik bitki əkib-becərən şəxs saxlanıldı
  30 Avqust 2021    Oxunub:816
Saatlı rayonunda narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon polis şöbəsinə Orta Muğan kəndi ərazisində yerləşən çöllük sahədə narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub. Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan həmin kənd sakini, 34 yaşlı Elşən Maxadinov "iş başında" saxlanılıb. Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 32 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Azvision.az



Teqlər:



Xəbər lenti