Sevastopoldakı Hərbi Dəniz bazası da rusların əlinə keçdi

Sevastopoldakı Hərbi Dəniz bazası da rusların əlinə keçdi
  19 Mart 2014    Oxunub:1073
Ukraynalı hərbiçilər hərbi hissənin ərazisində daxil olan sakinlərə atəş açmayıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin Sevastopoldakı qərargah idarəsi ruspərəst fəallar tərəfindən ələ keçirilib. Qərargahın binasından rus bayraqları asılıb.

Həyəcan siqnalı ilə qərargahın qarşısına toplaşan ukraynalı hərbiçilər kütlənin qarşısın ala bilməyiblər.
Sevastopol sakinləri Ukrayna qoşunlarından Krımı tərk etmələrini yaxud yerli özünümüdafiə dəstələrinə qoşulmağı tələb edirlər.

Xatırladaq ki, ötən gün Ukrayna Baş Qəragah rəisi, general-leytenant Mixail Kutsin öz rusiyalı həmkarı Valeri Gerasimovu Krımdakı ukraynalı hərbi qulluqçuların təhlükə yaranarsa, odlu silahdan istifadə edə biləcəklərini ilə bağlı xəbərdar etmişdi. Bu qərar Simferopolda 1 ukraynalı hərbi qulluqçunun öldürülməsindən sonra verilib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti