"Ermənistanın təxribatları sülhə böyük təhlükədir" - Ombudsman

"Ermənistanın təxribatları sülhə böyük təhlükədir" -  Ombudsman
  30 Avqust 2021    Oxunub:1723
Ermənistan təxribatlar törətməklə regionda sülhə təhdidlər yaradır.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
S.Əliyeva bildirib ki, Azərbaycan bu gün də Ermənistanın hərbi təxribatlardan əziyyət çəkir:

“Ermənistanın Azərbaycan ərazilərindən hərbi birləşmələrini hələ də çıxarmaması, onların diversant qrupları tərəfindən baş vermiş təxribatlar regionda sülhün bərpa edilməsinə qarşı çox böyük təhlükədir”.

Azvision.az



Teqlər: Ombudsman  



Xəbər lenti