AQTA daha bir restoran sahibini cərimələdi

AQTA daha bir restoran sahibini cərimələdi
  30 Avqust 2021    Oxunub:1658
Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən “Planet” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Bu barədə Azvision.az -a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Azvision.az



Teqlər:





Xəbər lenti