Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var

      Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var
  30 Avqust 2021    Oxunub:1067
“Birinci Qarabağ müharibəsinə aid Bakı və digər şəhər, o cümlədən rayonlarda 197 naməlum məzar var. Onların vaxtilə GPS koordinatları çıxarılıb ki, yerləri yox olmasın və üzərlərində başqa qəbir, hər hansı bir inşaat işləri aparılmasın”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı və digər şəhər, rayonlarda Hərbi Prokurorluq tərəfindən intensiv şəkildə işlər aparılır: "İşlərin nəticəsi barədə isə ictimaiyyətə əlavə məlumatlar veriləcək".

Azvision.az


Teqlər: BirinciQarabağmüharibəsi   Naməlumməzar  



Xəbər lenti