"Bu gün biz hamımız ürəyimizdə deyirik ki, ədalət bərpa edildi" - Azərbaycan lideri
"Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!", - dövlət başçısı bildirib.
Azvision.az
Teqlər: İlhamƏliyev Şuşa