Şuşanın "yaşıl halqa"sı belə olacaq - FOTOLAR

 Şuşanın "yaşıl halqa"sı belə olacaq -  FOTOLAR
  30 Avqust 2021    Oxunub:1926
“Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır.
Azvision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook”da bildirib.

O qeyd edib ki, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

A.Quliyev qeyd edib ki, Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq: “Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb.

Komitə sədri vurğulayıb ki, Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur: “Dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib.











Azvision.az


Teqlər:





Xəbər lenti