Ukrayna hərbiçilərinə ultimatum verildi

Ukrayna hərbiçilərinə ultimatum verildi
  19 Mart 2014    Oxunub:895
Ya Rusiya ordusuna qatılın, ya da Krımı tərk edin.
Hazırda Krımda olan Ukrayna hərbiçiləri seçim qarşısında qalıblar. Onlar ya Rusiya ordusunda xidmət etməli, ya da Krım Muxtar Respublikasını tərk etməlidirlər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov BBC televiziyasına müsahibəsində bildirib.

“Onlar qərar qəbul etməlidirlər. Bəziləri Krım ordusuna qatılacaq ki, bununla da Rusiya ordusunun əsgərinə çevriləcək. Razılaşmayanlar isə, yarımadanı tərk etməkdə azaddırlar”.

Qərbin Moskvaya qarşı sanksiyaları sərtləşdirməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq Dmitriy Peskov bu cür tədbirləri qəbuledilməz adlandırıb. O qeyd edib ki, Rusiya ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəm olması vacibdir, çünki hər iki tərəfin iqtisadiyyatı biri-birinə sıx bağlıdır.

Hadisələrin mənfi istiqamətdə inkişaf edəcəyi təqdirdə Rusiya özünə başqa tərəfdaşlar arayacaq.

Putinin mətbuat katibi həmçinin bildirib ki, rəsmi Moskva hazırda Krımda stabilliyin pozulmasına yönəlmiş müxtəlif təxribatlardan xəbərdardır.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti