Vaqif Poeziya Günlərinin keçirilməsi siyasi, mədəni-tarixi əhəmiyyət daşıyır - Polad Bülbüloğlu

   Vaqif Poeziya Günlərinin keçirilməsi siyasi, mədəni-tarixi əhəmiyyət daşıyır -    Polad Bülbüloğlu
  30 Avqust 2021    Oxunub:2084
"Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Bülbülün ev-muzeyinin bərpa işlərindən sonra açılışında iştirak etdilər. Onların Bülbülün ev-muzeyinə gəlişi məni olduqca şad etdi. Prezidentə minnətdaram ki, bizə bu günləri yaşadır. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə də cansağlığı versin".
Azvision.az xəbər verir ki, bunu Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə çalıb və bu Qələbə başımızı ucaldıb:

“Mən 7 aydır ki, Şuşaya gedib-gəlirəm, burada görülən bütün işlər göz qabağındadır. Hər dəfə bunlara diqqət yetirəndə, düşünürəm ki, bu, bir möcüzədir. İstər “Xarıbülbül” musiqi festivalı, istərsə də Vaqif Poeziya Günlərinin keçirilməsi həm siyasi, həm də mədəni-tarixi əhəmiyyət daşıyır”.

Azvision.az



Teqlər: Şuşa   Polad-Bülbüloğlu  



Xəbər lenti