Xalq yazıçısı: "Vaqifin məqbərəsinin açılışında ikinci dəfə iştirak etdiyim üçün qürurluyam"
İyirmi doqquz ildən sonra Şuşanın işğaldan azad edildiyini deyən Xalq yazıçısı Elçin Azərbaycanın bu qədim şəhərində yenidən açılış mərasimində iştirak etməkdən qürur duyduğunu vurğulayıb:
"Vaqifin məqbərəsi əsarətdən azad olundu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi təmir-bərpa edildi və yenidən quruldu. Bu gün biz bu kompleksin qarşısında yenidən poeziya bayramı keçiririk. Bu bayramı biz günəşli bir gündə qeyd edirik. Bu da rəmzi məna daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, respublikamızın ərazi bütövlüyü təmin olunub. Qarabağ, Şuşa azaddır. Şuşanın ənənələri bu gün yaşayır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ortaya qoyduğu prinsipial siyasi iradə nəticəsində biz bu günü gördük".
Azvision.az
Teqlər: Şuşa







Vaxtında, Aydın, Lazımlı!


