Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
  30 Avqust 2021    Oxunub:1397
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.
Azvision.az x'b'r verir ki, ixtisas seçimi avqustun 31-i saat 11:00-da başa çatacaq.

I-V ixtisas qrupları üzrə 60 298 elektron ərizə təsdiq edilib. Bunlardan 18640- I qrup üzrə, 13 191-i II qrup, 17 051-i III qrup, 4 912 ərizə isə IV qrup üzrədir.

V qrup üzrə ərizə təqdim edənlərin sayı isə 9 010-dur.

Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

Azvision.az



Teqlər: DİM   İxtisas-seçimi  





Xəbər lenti