FHN Hacıqabuldakı ağır qəza ilə bağlı məlumat yaydı

FHN Hacıqabuldakı ağır qəza ilə bağlı məlumat yaydı
  30 Avqust 2021    Oxunub:1299
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda “Mercedes” markalı iki minik avtomobili toqquşub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  



Xəbər lenti