Azərbaycanda gələn ildən heyvanların çiplənməsinə başlanılacaq

   Azərbaycanda gələn ildən heyvanların çiplənməsinə başlanılacaq
  31 Avqust 2021    Oxunub:1380
Azərbaycanda heyvanların çiplənməsi, birkalanması prosesinə gələn ilin əvvəlindən start veriləcək.

Azvision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin rəisi Mirzə Əliyev deyib.
O bildirib ki, heyvanların identifikasiya və qeydiyyatı sisteminin hazırlanması yekunlaşmaq üzrədir:

"Artıq gələn ildən vətəndaşlar aldıqları ətin təhlükəsizliyi barədə kəsim və satış məntəqələrində tanış ola biləcək. Heyvan və ya ət satan şəxsə həmin heyvanın vaksin olunması barədə məlumatlar veriləcək, ət alan vətəndaş da kəsilən heyvanın sağlam olub-olmadığını biləcək".

Azvision.az



Teqlər: Heyvan   İdentifikasiya  



Xəbər lenti