Ağacların dibi asfaltdan təmizlənib - ETSN
“Əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidəki ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib”- deyə o əlavə edib.
V.Cavadov analoji halların təkrarlanmaması üçün yerli icra hakimiyyətlərinə müraciət edib: "Belə halların baş verməməsi üçün, çox istərdik ki, yerli icra orqanları öz xidməti ərazilərində olan yaşıllıq sahələrinə, ağaclara həssaslıqla yanaşsınlar, bu cür halların təkrarlanmaması üçün nəzarəti gücləndirsinlər”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


