Şolts Merkelin yerinə əsas namizəd oldu

 Şolts Merkelin yerinə əsas namizəd oldu
  31 Avqust 2021    Oxunub:2302
Azvision.az “Forsa” nəşrinə istinadən xəbər verir ki, Sosial Demokrat Partiyasından (SPD) kanslerliyə namizəd olan Almaniyanın vitse-kansleri, Maliyyə naziri Olaf Şolts televiziya debatında hökumət başçısı vəzifəsinə əsas namizədləri məğlub edib.
Araşdırmalara görə, onu respondentlərin 36%-i debatın qalibi hesab edib. İkinci yerə 30% -lə "yaşıllar"ın namizədi Annalen Berboka, üçüncü yerə isə 25%-lə Xristian Demokratik Birliyinin (CDU / CSU) lideri Armin Laşet çıxıb.

Növbəti teledebat 12 və 19 sentyabrda baş tutacaq.
Merkel yeni kanslerin anonsunu verdi
Almaniyada parlament seçkiləri sentyabrın 26-da keçiriləcək. Qalib partiya hökumət qurmaq hüququna malik olacaq və kabineti uğurla formalaşdırılacağı təqdirdə onun lideri Almaniya kansleri olacaq. Angela Merkel CDU/CSU-dan hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürməyib.

Nadir Quliyev
Azvision.az


Teqlər:   Almaniya   Seçkilər  



Xəbər lenti