Rusiyalı deputat: “Yanukoviç ölüb”
Vançuqovun sözlərinə görə, Yanukoviç martın 3-ü 8-i tarixləri arasında xəstəxanya yerləşdirilən zaman ürək tutmasından vəfat edib. Çünki prezident barədə bu tarixdən etibarən Rostovdakı mətbuat konfransına qədər olan müddətdə heç bir məlumat daxil olmayıb.
“Mən də olan informasiyaya görə, Yanukoviç Ukraynanın federallaşması ilə bağlı Putinin çirkin planının əsas siması idi. Məhz Yanukoviç Ukraynanın materik hissəsinə rus qoşunlarının yeridilməsi ilə bağlı çağırış etməli idi”-deyə Vançuqov bildirib.
Onun fikrincə, Rostovdakı mətbuat konfransında Yanukoviç deyil, onun bənzəri çıxış edib.
“Əgər Yanukoviç sağ olsaydı, indi qanuni prezident kimi Şərqi Ukrayna sakinlərinə yardım üçün müraciət edərdi. Lakin Kreml ya Yanukoviçin bənzərini hazırlaya bilmədi, ya da ki, Putin yalanın üzə çıxacağında qorxduğu üçün bunu etmədi”-deyə Duma deputatı düşünür.
Vançuqovun fikrincə, Kreml yaxın vaxtlarda Yanukovçinin ölüm xəbərini yayacaq.
Xatırladaq ki, 4 il Yanukovçilə əməkdaşlıq edən Taras Çornovil də Rostovda jurnalistlərin qarşısına çıxan şəxsin Yanukovçinin olmadığını bildirib.
Vüqar İsmayılov