“Enerji təminatı məsələləri üzrə” İşçi Qrupun növbəti iclası keçirilib
Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb. Şəhərdə tikinti prosesi davam etdirilən elektrik yarımstansiyaları, elektrik xətləri və istilik qazanxanaları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki ümumi gücləri müvafiq olaraq 200 MVt və 80 MVt olacaq “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlər nəzərdən keçirilib.
Qeyd edilən ərazilərdə qazpaylama infrastrukturunun yaradılması, qaz təsərrüfatı obyektlərinin inventarlaşdırılması, balansa götürülməsi və mövcud infrastrukturun mühafizəsi barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Azvision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


