Son sutkada peyvənd olunanların sayı açıqlandı

Son sutkada peyvənd olunanların sayı açıqlandı
  31 Avqust 2021    Oxunub:822
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 116 709 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 737 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 805 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 113 716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 692 024 təşkil edir.

Azvision.az


Teqlər: Vaksinasiya  





Xəbər lenti