AccessBank-da yay təcrübə proqramı davam edir
Vaqif Əkbərli, AccessBank-ın Mühasibat departamentində təcrübəçi: ”Təcrübə haqqında məlumatı Bankın saytında gördüm. İki aydır mühasibatda təcrübə keçirəm. Gələndə işlə bağlı ilkin məlumatlarım vardısa, indi artıq əksər hesabatları hazırlaya və sistem əməliyyatlarını yerinə yetirə bilirəm. Bütün komanda suallarımı həvəslə cavablandırır.”
Bu, AccessBank-ın reallaşdırdığı ilk yay təcrübə proqramıdır və Bank, gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlər həyat keçirməyi planlaşdırır.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Azvision.az
Teqlər: AccessBank