Dünya Fudokan Federasiyasının prezidenti ilə görüş olub

Dünya Fudokan Federasiyasının prezidenti ilə görüş olub
  31 Avqust 2021    Oxunub:1215
Avqustun 31-də Dünya Fudokan Federasiyasının (DFF) prezidenti və qurucusu, 10-cu dan qara kəmər sahibi İlya Yorqa ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görüşdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, Bakı Karate-do Akademiyasının prezidenti, DFF-in Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə və federasiyanın nümayəndə heyəti iştirak ediblər.

Söhbət zamanı fudokan idman növünün ölkəmizdə inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib və işgüzar məsləhətləşmələr aparılıb.

İ.Yorqa İ.İsmayılova Dünya Fudokan Federasiyasının fəxri diplomunu təqdim edib. Görüşdə qonaqlara Gənclər və İdman Nazirliyi adından xatirə hədiyyələri verilib.

Azvision.az


Teqlər: GİN   Fudokan  





Xəbər lenti