COVID-19 pasportu olmayan15 nəfər şənliyə buraxılmadı

COVID-19 pasportu olmayan15 nəfər şənliyə buraxılmadı
  01 Sentyabr 2021    Oxunub:808
Avqustun 31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, monitorinq 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 15 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Azvision.az



Teqlər: Koronavirus   Toy  



Xəbər lenti