"Bitkilər də xəstəlik daşıyıcısı ola bilər"
“Əkin sahəsi dezinfeksiya olunmalıdır. Torpaq və toxum laboratoriyada analiz edilməlidir. Xəstəliklərdən azad olunandan sonra əkin həyata keçirilə bilər. “Sadəcə əkin yerlərində standartlara əməl olunması yetərlidir” fikri kökündən yanlışdır. Qida zəncirinin bütün mərhələlərində bitki mühafizəsi lazımi qədər yerinə yetirilməzsə, o bitki xəstəlik daşıyıcısına çevrilə bilər. Bu, önəmlidir. Kənd təsərrüfatı texnikası istifadədən öncə dezinfeksiya olunmalıdır. Məsələn, texnika viruslu torpaqda işləyibsə, digər torpaqda da bakteriyanın yayılmasına səbəb olacaq”.
Q.Təhməzli qeyd edib ki, məhsul yığılıb, qablaşdırılıb və daşınarkən də buna riayət edilməlidir.
Aytən Zəhra
Azvision.az
Teqlər: Bitki







Vaxtında, Aydın, Lazımlı!


