Xəstəxanada maska taxmayan qeydiyyatçılar cərimələndi

  01 Sentyabr 2021    Oxunub :465
 Xəstəxanada maska taxmayan qeydiyyatçılar cərimələndi
Sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.
Azvision.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntüdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.

Eləcə də poliklinika rəhbərliyi həmin şəxlərə “töhmət” elan edib. Məlumatı Azvision.az -a DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Azvision.az

Teqlər: Cərimə  







Xəbər lenti