Pan Gi Mun Moskva və Kiyevə gedir

Pan Gi Mun Moskva və Kiyevə gedir
  19 Mart 2014    Oxunub:940
BMT-nin baş katibi Pan Gi Mun bu gün Rusiyaya səfər edəcək, sonra isə Ukraynaya yola düşəcək.
Səfər mövcud böhranın sülh yolu ilə nizamlanması üzrə diplomatik səylər çərçivəsində həyata keçirilir.

Pan Gi Mun martın 20-də Moskvada, 21-də isə Kiyevdə olacaq.
Baş katib Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır. Ukraynada isə ölkə rəhbərliyi, ictimai təşkilatların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

O, böhranın BMT-nin Nizamnaməsi əsasında nizamlanmasının vacibliyini vurğulayıb.


Teqlər:





Xəbər lenti