Xəstəxanada maska taxmayan qeydiyyatçı işdən azad olunub - TƏBİB

   Xəstəxanada maska taxmayan qeydiyyatçı işdən azad olunub -    TƏBİB
  01 Sentyabr 2021    Oxunub:1768
Sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada qeydiyyatçının tibbi maskadan istifadə etməməsi barədə videomaterial tərəfimizdən araşdırılıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, araşdırma nəticəsində maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan qeydiyyatçı töhmət verilərək işdən azad edilib:

"Bir daha bildiririk, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik".

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB  



Xəbər lenti