Koronavirus xəstələrinin müalicəsi üçün 23 xəstəxana ayrılıb - TƏBİB

 Koronavirus xəstələrinin müalicəsi üçün 23 xəstəxana ayrılıb -    TƏBİB
  01 Sentyabr 2021    Oxunub:2461
Hazırda Azərbaycanda 23 xəstəxana koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərən xəstəxanalar 1 saylı Kliniki Şəhər Xəstəxanası (Semaşko), “Yeni Klinika”, Abşeron, Saray Modul tipli xəstəxanalar, Goranboy, Ağdaş, Masallı, İmişli Masallı, Cəlilabad RMX-lar və digərləridir.

TƏBİB-dən qeyd edilib ki, ehtiyac yaranacağı təqdirdə bu say 40-a qədər yüksələ bilər.

Qeyd edək ki, son məlumata görə, ölkədə 3 788 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib. Hazırda Azərbaycanda aktiv xəstə sayı 53 129 nəfərdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: COVID-19   Xəstəxana  



Xəbər lenti