245 sahibkara 4 milyon manatdan çox vəsait ödənilib
Daşınmaz əmlakı dağıdılmış və qəzalı vəziyyətə salınmış sahibkarlıq subyektlərinin dövriyyə vəsaitlərinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan vasitələrinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib və zərər çəkmiş sahibkarlara vəsaitlərin ödənilməsinə başlanılıb. Avqust ayının sonuna artıq 245 sahibkarlıq subyektinin müvafiq bank hesabına 4 261 941,0 manat vəsaitin ödənişi təmin olunub. Proses davam edir.
Azvision.az
Teqlər: DövlətVergiXidməti Sahibkar







Vaxtında, Aydın, Lazımlı!


