Ümumqoşun Ordunun rabitə bölmələrində məşğələlər keçirilir

Ümumqoşun Ordunun rabitə bölmələrində məşğələlər keçirilir
  01 Sentyabr 2021    Oxunub:676
Əlahiddə Ümumqoşun Ordunun rabitə bölmələrində məşğələlər keçirilir.
Bu barədə Azvision.az -a Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə keçirilən məşğələlərdə səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq etdirilir.

İdarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil radioqovşaqlardan gənc rabitəçilərin qərargahlararası məlumatlar mübadiləsini yüksək keyfiyyətlə yerinə yetirmə bacarıqları yoxlanılır.



Azvision.az



Teqlər: Ordu  





Xəbər lenti