Atasını balta ilə öldürən şəxsin cinayət işinin istintaqı yekunlaşıb

Atasını balta ilə öldürən şəxsin cinayət işinin istintaqı yekunlaşıb
  01 Sentyabr 2021    Oxunub:1820
2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.
Quba Rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilin ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.

Rəvan Ramazanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər:



Xəbər lenti