Azərbaycanda son sutkada 3845 nəfər yoluxub, 41 nəfər vəfat edib

   Azərbaycanda son sutkada 3845 nəfər yoluxub,  41 nəfər vəfat edib
  01 Sentyabr 2021    Oxunub:1342
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53 057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test icra olunub.

Azvision.az



Teqlər: Koronavirus  



Xəbər lenti