"Neftçi" braziliyalı hücumçunu transfer etdi

  01 Sentyabr 2021    Oxunub :548
"Neftçi" braziliyalı hücumçunu transfer etdi
“Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

Azvision.az

Teqlər:







Xəbər lenti