Bu gün Azərbaycanın ilk təmsilçiləri Kazanda mübarizəyə başlayacaq

Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 46 kq çəki dərəcəsində yarışan Ramal Yolçuyev Temirxan Daniarovla (Qırğızıstan) üz-üzə gələcək.
Tağı Nəsibov (48 kq) Vadzim Viaçerski (Belarus) ilə, İbrahim Zeynalov (50 kq) Muinkhon Mavlonovla (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrukh Tulaganovla (Özbəkistan), Ziya Həsənov (66 kq) isə Uladzislau Kuzniatsou ilə döyüşəcək.
Qeyd edək ki, I MDB Oyunlarının açılış mərasimi sentyabrın 4-də olacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.
Azvision.az