Ukrayna MDB-yə sədrlikdən imtina edir

Ukrayna MDB-yə sədrlikdən imtina edir
  19 Mart 2014    Oxunub:885
Rəsmi Kiyev 2014-cü ildə Müstəqil Dövlətlər Birliyində (MDB) öz sədrliyini dayandırmağı qərara almışdır. Bu barədə AzVision.az Ukrayna KİV-lərinə istinadən məlumat verir.
Bu gün Kiyevdə keçirilmiş brifinqdə Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis demişdir: “Ukrayna tərəfi 2014-cü ildə MDB-də sədrliyini davam etdirməməyi qərara alıb”.

1991-ci ildə imzalanan Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da o, təşkilatın Nİzamnaməsini təsdiq etməyib və buna görə də de-yure Birliyin iştirakçısı deyil.


Teqlər:  





Xəbər lenti