Komitə ana və körpəsinin ölümünü araşdırır

 Komitə ana və körpəsinin ölümünü araşdırır
  02 Sentyabr 2021    Oxunub:956
“Azərbaycanda gənc ana və körpə fiziki zorakılıq nəticəsində dünyasını dəyişib”.

Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Onun sözlərinə görə, avqustun 30-da Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb:
“Nəticədə 1 yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus üç mərtəbəli şəxsi binanın başından yerə yıxılıb və Tahirə balamız yerindəcə dünyasını dəyişib. Anası isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi. Artıq gənc ana da 64 sınıq nəticəsində daxili qanaxmadan dünyasını dəyişib ".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, hadisə ilə bağlı məlumat daxil olub, araşdırma aparılır:

"Araşdırma nəticəsində ictimaiyyətə ətraflı məlumat veriləcək".





Aytən Zəhra
Azvision.az


Teqlər: Ana   Uşaq   Ölüm  





Xəbər lenti