"YAŞAT"ın Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub

 "YAŞAT"ın Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub
  02 Sentyabr 2021    Oxunub:1107
YAŞAT" Fondunun 8110 Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub.
Bu barədə Azvision.az -a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar Üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 2300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

Xatırladaq ki, "YAŞAT" Fondunun yashat.gov.az portalı bu ilin yanvarın 8-də istifadəyə verilib. Həmin tarixdə həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

Azvision.az



Teqlər: YAŞAT  



Xəbər lenti