"YAŞAT"ın Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub
Qeyd olunub ki, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 2300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6000-dən çoxu isə yaralılarımızın müraciətləridir.
Xatırladaq ki, "YAŞAT" Fondunun yashat.gov.az portalı bu ilin yanvarın 8-də istifadəyə verilib. Həmin tarixdə həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
Azvision.az
Teqlər: YAŞAT







Vaxtında, Aydın, Lazımlı!


