Kürəkən qaynananın iyirmi minlik qızılını oğurladı

Kürəkən qaynananın iyirmi minlik qızılını oğurladı
  02 Sentyabr 2021    Oxunub:875
Bakıda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az - a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin kürəkəni T.Kərimov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Azvision.az



Teqlər:





Xəbər lenti