Türkiyədə 18 yaşdan yuxarı 70 faiz insan peyvənd olunub

   Türkiyədə 18 yaşdan yuxarı 70 faiz insan peyvənd olunub
  02 Sentyabr 2021    Oxunub:2121
"Türkiyədə son 4 həftədə koronavirusa yoluxanların sayındakı artım peyvənd olunmayanlarla bağlıdır".
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib. O bildirib ki, ölkədə COVID-dən ölənlərin 90 faizi vaksin olunmayan və ya I doz peyvənd olunanlardır.

“Aktiv xəstələrin 81 faizi, xəstəxanada müalicə alanların isə 90 faizi peyvənd olunmayanlardır”.

F.Koca bildirib ki, bu gün ölkədə 18 yaşdan yuxarı insanların 70 fazdən çoxu vaksinasiya olunub:

“Tunelin ucunu göründü deyə bilərik” – F.Koca əlavə edib

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti