"Neftçi"nin sabiq prezidenti koronavirusdan ölüb

"Neftçi"nin sabiq prezidenti koronavirusdan ölüb
  03 Sentyabr 2021    Oxunub:1042
Tanınmış idman ustası, "Neftçi" klubunun sabiq prezidenti, bir çox mükafatların qalibi Aydın İbrahimov 83 yaşında koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatının qalibi olub. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada qızıl medal qazanıb. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Nailiyyətlərinə görə keçmiş SSRİ-nin Əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Azvision.az



Teqlər: İdmançı   koronavirus  





Xəbər lenti