`Neftçi` qələbə qazanmadan növbəti mərhələyə yüksəldi
![`Neftçi` qələbə qazanmadan növbəti mərhələyə yüksəldi `Neftçi` qələbə qazanmadan növbəti mərhələyə yüksəldi](https://azvision.az/photos/azerbaijan_cup_new.jpg)
AzVision.az Trend-ə istinadən xəbər verir ki, günün son oyununda "Neftçi" və "İnter" klubları qarşılaşıblar.
Futbolçuların cəhdlərinə baxmayaraq, oyunda qapılara top vurulmayıb - 0:0. İlk oyun 1:1 hesabı ilə başa çatdığından "Neftçi" növbəti mərhələyə yüksəlib.
1/4 finalın digər oyunları:
"Bakı" - "Rəvan" (ilk oyun - 1:0) - 0:1 (penaltilər seriyası - 8:9)
"Xəzər Lənkəran" - "Araz Naxçıvan" (ilk oyun - 1:1) - 1:0
"Qarabağ" - "Qəbələ" (ilk oyun - 0:0) - 1:2
Teqlər: